GARANT

Güvən hər zaman öndədir

SATINALMA
DAŞINMA
GÖMRÜK

Hal - hazırda satınalma və təchizat sahəsində mütəmadi olaraq əməkdaşlıq etdiyimiz ölkələr: Çin, MDB ölkələri, Türkiyə, İran, Avropa Birliyi üzv ölkələri

      10 ildən artıq müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum dövürdə xaricdən mal alışı ilə məşğul olan digər yerli sahibkarlar kimi mən də, satınalma və təchizat sahəsində mövcud olan bütün çətinlik və problemlərlə üzləşirdim. Bu müddət ərzində mütəmadi olaraq bu prosesi yerli sahibkarlar üçün necə daha asan və etibarlı hala gətirməyin yolları barədə düşünürdüm. Həmin dövürdə Çinin sürətlə yüksələn iqtisadi uğuru və dünya bazarında tutduğu ixrac payını nəzərə aldıqda, bunun yerli sahibkarlarımız üçün biznes sahəsində çox geniş fürsətlərin yaranmasına və Çin bazarının əvəzolunmaz tərəfdaşa çevrildiyinin fərqində idik. Bu səbəblə, 2015-ci ildə Çin Xalq Respublikasında “Garant Group” LTD adı altında satınalma və təchizat şirkətini qurduq. Başlanğıcda sadəcə Çindən satınalma və logistika xidməti təklif edən şirkətimiz, hal-hazırda bütün MDB ölkələri, Tükiyə, Avropa Birliyinə üzv ölkələrdə isthsal olunan hər növ məhsul təminatı, anbar xidməti, keyfiyyətə nəzarət, paketləmə, logistika və gömrük prosesi də daxil olmaqla məhsulun alıcıya çatana qədər olan bütün prosesi həyata keçirməktədir.
       Bu illər ərzində şirkətimiz həm istahsal, həm də satınalma və təchizat sahəsində bir çox uğurlara nail olmuşdur ki, hal-hazırda Çin, Rusiya, Avropa və İran ofislərimiz ilə göstərdiyimiz xidmət bunun bariz nümunəsidir. Yerli peşəkarlardan seçtiyimiz çoxsaylı kollektivimizlə məqsədimiz, istehsalçı və istehlakçı arasındaki məsafəni və xərcləri minimuma endirməkdir. Bunun üçün əzm və böyük həvəslə çalışmağa dəvam edirik. Çünkü, bizim üçün güvən hər zaman öndədir.

Samid İbadov

800px-Chris_Hemsworth_Signature.png
Sorğu yarat

    Haqqınızda

    Xidmət növü

    QırılanTəcili çatdırılmaSığortaQablaşdırma

    Biznesinizi bir üst mərhələyə daşıyın

    Satınalma və təchizat sahəsində ən yaxşi xidməti verməkdən qürur duyuruq

    100

    Sifarişlər

    98

    Daşınmalar

    48

    Çatdırılma

    GARANT GROUP

    Nə üçün biz ən yaxşıyıq?

         Çünkü biz xidmət verdiyimiz ölkə bazarını və istehsalçıları yaxşı tanıyırıq. Satınalma sahəsində peşəkarlaşmış kadrlarımız istəyinizə uyğun məhsulları yerli və beynəlxalq bazardan tapmaqda və ya istehsal etdirməkdə olduqca təcrübəlidirlər. Bundan başqa məhsulun keyfiyyətinə və düzgün şəkildə paketləməsinə nəzarət, tranzit yükləmələri mümkün olan ən qisa müddətdə həyata keçirmək, gömrük prosedurlarında bələdçilik və.s kimi xidmətlərin yüksək səviyyədə göstərilməsini təmin edirik. Bu isə, malın maya dəyərinin maksimal səviyyədə azalmasına səbəb olur.

    Pulunuza bu gündən başlayaraq qənaət edin